Vaxt.Az

«Zorlama icazəsi verən qanun» tənqid edilir


 

Türkiyədə «zorlama legitimləşdirilməməlidir» adında kampaniya başlayıb

«Zorlama icazəsi verən qanun» tənqid edilir «The Telegraph» yazır ki, Türkiyədə zorladıqları qızlarla evlənən kişilərin məsuliyyətdən azad olunmasını nəzərdə tutan qanun layihəsi ictimaiyyətin geniş hiddətinə səbəb olub.

Müxalifət, məşhurlar və hətta Ərdoğanın öz qızının müavin olduğu təşkilatlardan biri hökumətin belə bir qanunu qəbul etmək niyyətindən dərin narahatlıqlarını ifadə ediblər.

Lakin hökumət israr edir ki, bu qanun uşaqlarla nikahların qarşısını almaq məqsədi güdür və tənqidlər xoş niyyəti təhrif edir.

Bu qanun layihəsi ötən cümə axşamı günü parlamentdə birinci oxunuşda bəyənilib və yaxın günlərdə qəbul edilməsi gözlənilir.

«The Telegraph» yazır ki, qəbul edildiyi təqdirdə bu qanuna müvafiq olaraq 3 minədək «cinsi təcavüzkar» həbsxanalardan azad ediləcək.

Məqalədə deyilir ki, Türkiyədə yetkinlik yaşı 18 olsa da, azyaşlıların nikahı geniş yayılıb.

Qəzet yazır ki, bu qanuna etiraz edənlər İstanbulun mərkəzində «Zorlama bəşəriyyətə qarşı cinayətdir» şüarı ilə mitinq keçiriblər.

Bu qanun layihəsini parlamentə hakim AKP partiyası təqdim edib.

Müxalifətdən olan millət vəkilləri bu qanunu pisləyərək bildiriblər ki, o qızların istəmədikləri adamlara zorla ərə verilməsinə geniş imkan yaradacaq.

«Twitter»də bu qanun layihəsinə #TecavuzMesrulastirilamaz — «zorlama legitimləşdirilməməlidir» heşteqi ilə etiraz kampaniyası aparılır.

CHP-dən ona millətvəkili Ömer Suha Aldan deyib ki, bu qanun 50-60 yaşında kişilərin 11 yaşında qızı zorlayıb sonra onunla evləməsinə və qızı bədbəxt etməsinə imkan açacaq.

Millət vəkili deyib ki, bu, qız uşaqlarını «ömürlük məhbəsə» atmaq kimidir.

 





20.11.2016    çap et  çap et