Perunun paytaxtında çıxış edən ABŞ dövlət başçısı nikbinliyə çağırıb. O bildirib ki, ümid olmayan yerdə heç nəyi yaxşılaşdırmaq mümkün deyil.
Amerikanın gələcəyi ilə bağlı sualları cavablandırarkən Obama deyib ki, ən əsəsı dərhal mühakimə etməməkdir.
«Yeni seçilmiş prezidentə komandasını toplayıb, məsələləri nəzərdən keçirib, siyasətini müəyyən etməyə şans verilməlidir» - deyə Obama bildirib. Prezident əlavə edib ki, kampaniyalar heç də idarəçililiyin necə olacağı demək deyil.
Son xarici səfərinin sonuncu mərhələsində olan ABŞ prezidenti Barak Obama Peru paytaxtı Lima şəhərindədir. O, Donald Trampın seçilməsindən sonra ABŞ-ın Asia-Sakit Okean regionundakı müttəfiqlərini əməkşdaşlığın davamlılığına inandırmağa çalışır.
Obama hakimiyyəti dövrü diqqətini Asiya və Sakit Okean hövzəsinə yönəldərək «Asiya Yenidən Balanslaşma» adlanan bu siyasəti xarici siyasətinin ən mühüm aspektlərindən birinə çevirib. Ancaq 9 həftədən sonra onun Ağ Ev tərk etməsi ilə bu siyasətdə də ciddi dəyişikliklər baş verə bilər.