«Frans Press» xəbər verir ki, İstanbulun Asiya tərəfində azı 3 min adam etiraz aksiyası keçirib.
Etirazçıların qaldırdığı şüarlar arasında «AKP, bədənimdən əlini çək» şüarı olub.
Qanun layihəsini hakim partiyanın millət vəkilləri irəli sürüb və hökumət bu qanun layihəsini bəyənir, ancaq müxalifət, uşaq və qadın hüquq müdafiə təşkilatları buna sərt təpki göstəriblər.
Bu təklif qəbul olunsa, yetkinlik yaşına çatmayan qıza qarşı cinsi təcavüz edən şəxs onunla evləndiyi təqdirdə azadlığa çıxa biləcək, barəsində yenicə məhkəmə qərarı varsa, hökm icra edilməyəcək.
Türkiyədə rəsmi evlənmə yaşı 18-dir.