Vaxt.Az

Tramp 25 milyona razılaşıb


 

İşə cümə günü baxılacağı gözlənilir

Tramp 25 milyona razılaşıb Nyu-Yorkun baş prokuroru bildirib ki, ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Tramp keçmiş Tramp Universitetində saxtakarlıq ittihamlarına dair prosesi qapatmaq üçün 25 milyon dollar ödəməyə razılaşıb.

Baş prokuroru Erik Şnaydermanın sözlərinə görə, razılıq onun Nyu-Yorkda daşınmaz əmlak yatırımı öyrədən məktəbə qarşı açdığı mülki işi və eləcə də Kaliforniyada iki kütləvi məhkəmə prosesini əhatə edəcək.

Məhkəmə işi iddia edir ki, Tramp Universiteti Trampın daşınmaz əmlak investisiyası metodlarını «fərdi seçilmiş instruktorlardan öyrənmək» üçün hərəyə 35 min dollar ödəyən tələbələri yanlış istiqamət verib. İttihamnamədə deyilir ki, Tramp instruktorların seçilməsində iştirak etməyb və məktəb özünü hətta akkreditasiyadan keçməmişdən öncə belə universitet adlandırıb.

Tramp o zamandan bəri bağlanan universitetdə heç zaman qanunsuz fəaliyyətlər aparılmadığını bildirib. Razılığa əsasən Tramp hər hansı qanunsuz hərəkət etdiyini etiraf etmək məcburiyyətində deyil.

Federal hakimin cümə günü Kaliforniyada iki işə dair müzakirələr keçirməyi planlaşdırırdı. Müzakirələr arasında Trampın inaqurasiyaya ilə bağlı prosesin yanvarın 20-dək təxirə salınmasına dair vəsatət qaldırması yer alacaq. Trampın vəkili bildirib ki, Trampın Ağ Evin administrasiyası üçün hazırlıqları çix mühüm və vaxt alan prosesdir.

Tramp daha əvvəl razılığa getməyəcəyini açıqlamışdı.

 





20.11.2016    çap et  çap et