Vaxt.Az

«Biz sizə dərs keçmək üçün deyil...»


 

AŞPA və Avropa Parlamentinin müşahidə missiyasının açıqlaması

«Biz sizə dərs keçmək üçün deyil...» AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları hesab edir ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib.
APA-nın xəbərinə görə, bunu hər iki qurumdan olan müşahidəçilərin keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki deyib. O, dinc seçki münasibətilə Azərbaycan xalqını təbrik edib: “Biz sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Bizim müşahidəmizə görə, seçki dinc atmosferdə keçdi. Biz seçicilərə hər hansı təzyiq faktını müşahidə etmədik”.
Bununla yanaşı, P. Arlakki qeyd edib ki, əsas azadlıqlara dair sahələrdə tərəqqiyə ehtiyac var. O, Azərbaycan hakimiyyətini tövsiyələrə diqqətlə yanaşmağa çağırıb. 
AŞPA və AP müşahidəçilərinin yekun hesabatı yaxın həftələrdə təqdim ediləcək.
 





10.10.2013    çap et  çap et