RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
«Sammit çərçivəsində keçirilən iclasın əvvəlində dövlət başçıları bir-birilərini salamlayıb, aralarında qısa söhbət baş tutub», - deyə D.Peskov qeyd edib.
Qeyd edək ki, Limadakı sammit Barak Obamanın prezident qismində keçirdiyi son beynəlxalq tədbirdir. Bunu nəzərə alsaq, bu Obama ABŞ prezidenti kimi Rusiyalı həmkarı ilə sonuncu görüşü saymaq olar.