Bunu «Trend»ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, komitənin iclasında işğal olunmuş ərazilər məsələsi müzakirəyə çıxarılıb: «ABŞ nümayəndə heyəti üzvünün təklifi ilə belə bir məsələ ortaya qoyuldu ki, bütün suveren dövlətlərin ərazi bütövlüyü tanınmalıdır və müzakirələrdən sonra bununla bağlı qətnamə qəbul edildi».
S.Novruzov qeyd edib ki, Ermənistan nümayəndə heyəti qətnamənin qəbul edilməsinə etiraz etsə də, heç bir nəticəsi olmayıb.
Qeyd edək ki, qətnamə noyabrın 21-də NATO Parlament Assambleyasının sessiyasında da təsdiq olunacaq.