«Teatrda prodüser şöbəsində menecer vəzifəsində işləyirdim. 2016-cı ilin iyun ayının 1-də məni prodüser vəzifəsinə keçirmək üçün bir günlük işdən azad edib və yenidən əmrlə bu vəzifəyə təyin etdilər. Lakin bu vəzifəyə keçiriləndə rəhbərlik mənimlə 4 aylıq sınaq müddətinə müqavilə imzaladılar. Bundan 20 gün sonra isə məni məzuniyyətə yolladılar.»
Elşad Əliyev qeyd edib ki, sınaq müddəti ərzində rəhbərlik tərəfindən işinin öhdəsindən gələ bilməməsi ilə bağlı hər hansı bir xəbərdarlıq almayıb:
«4 ay başa çatan kimi məni işdən çıxardılar. Əgər mən onları qane etmirdimsə, mənə xəbərdarlıq edilməliydi, hər hansı bir səbəb gətirməliydilər. Teatrın rəhbəri ilə görüşmək istədim. Dedilər ki, Azərpaşa Nemətov səninlə görüşmək istəmir, deyir ki, bir də teatra gəlməsin».
Prodüser bununla bağlı teatrı məhkəməyə verib: «İşdən çıxarılıramsa qanunla bu əsaslandırılmalıdır. Tələbim budur. Teatr məhkəmədə buna əsas olaraq, mənim işə gəlməməyimi bildirib. Məhkəmə isə bununla bağlı sənədlər tələb edib. Belə bir sənədin olmadığını bilən rəhbərlik məhkəməyə sözlə bildirib ki, guya zəng ediblər, otaqda olmamışam. 5 ildə bir dəfə qüsurum olmayıb. İndi məndən xoşları gəlmir deyə məni işdən çıxarıblar, bu düzgün deyil. Onların mənə qarşı münasibətini hiss edirdim. Amma teatr nə bir holdinq, nə də kiminsə şəxsi şirkəti deyil».