Modern.az xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, həmin layihəyə uyğun olaraq qadına qarşı zorakılıq hallarının azalması üçün yardım mərkəzlərinin yaradılması gündəlikdədir: «O da təbiidir. Ona görə ki bu gün Azərbaycanda qadın uşaq siyasəti çox güclü təşkil olunub. Bu məsələlərlə bağlı ölkə prezidenti və birinci xanım tərəfindən çox böyük dəstəyi və köməyi hiss etmişik. Bu problem bütün dünyada var».
Hicran Hüseynova qeyd edib ki, hər hansı bir ölkədə bu problem tam həll oluna bilməyib.
«Azərbaycanda bu problemlərin həlli istiqamətində işlər görür. Biz çox istəyərdik ki, bu işdə dövlət orqanları ilə bərabər QHT-lər də çox fəallıq göstərsinlər. Biz istəyərdik ki, elm sahəsində çalışan insanlar da bu istiqamətdə araşdırmalar aparsınlar. Maraqlı işlər və məqalələr yazsınlar. Onlar populist formada yox, ciddi formada olsun. Bizim üçün də bu araşdırmalar çox vacibdir. Jurnalistlər isə bu kimi zorakılığa məruz qalan insanlar haqqında məlumatı çox ehtiyatla verməlidir. Çünki o da Azərbaycan vətəndaşıdır. Biz bilməliyik ki, həmin insanlar sonra da bu cəmiyyətdə yaşamalıdır».