Vaxt.Az

İşçilər məcbur edilir


 

«Neftçi» rəhbərliyindən yeni qərar

İşçilər məcbur edilir Son vaxtlar uğursuzluq zolağından heç cür çıxa bilməyən «Neftçi» rəhbərliyi yeni qərar qəbul edib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, «ağ-qaralar»ın rəhbərliyi klubun bütün işçilərini məcburi VÖEN-ə keçirir. Belə olduğu halda, həmin şəxslərlə əmək müqaviləsi ləğv ediləcək. Əməkhaqqı isə onların açdığı xüsusi VÖEN vasitəsilə ödəniləcək.

Yeni qərara əsasən, işçilərlə xidməti müqavilə imzalanacaq ki, bu da, klub rəhbərliyinə işçiləri istədiyi vaxt işdən problemsiz kənarlaşdırmağa imkan verəcək. Belə ki. klubdan kənarlaşdırılanlara heç bir kompensasiya ödənilməyəcək.

 





21.11.2016    çap et  çap et