Vaxt.Az

Atatürk və dünyəvilik olmayacaq


 

AKP prezidentin andiçmə mətnini dəyişdirir

Atatürk və dünyəvilik olmayacaq Türkiyədə hakim AKP-nin MHP-yə təqdim etdiyi Konstitusiya (Anayasa) paketində andiçmə mətni dəyişdirilir. Belə ki, mətndən «Atatürk prinsip və inqilablarına və dünyəvi Respublika prinsipinə sadiq qalacağam…» ifadələri çıxarılıb. Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Prezidentin andiçmə mətni bu cür təklif edilir: «İnsan haqlarına, hüququn üstünlüyünə və demokratiyaya bağlı qalacağıma, dövlətin müstəqilliyini, ölkənin bütövlüyünü, millətin qeyd şərtsiz suverenliyini qoruyacağıma and içirəm».

Prezidentin andiçmə mətninin dəyişdirilməsinə əsas səbəb kimi andiçmə mətninin uzun olması, habelə Baş Nazirlik və Nazirlər Kabinetinin ləğv edilməsi göstərilir.

Təklif olunan dəyişikliyə görə, Baş Nazirlik və Nazirlər Kabineti ilə bağlı 8 maddə öz funksiyasını itirəcək.

 





22.11.2016    çap et  çap et