Belə ki, banklarda dollar qıtlığı yaşandığı halda, şənbə günü əksinə qara bazarda dollar bolluğu yaşanıb və nəticədə bir dollar 1,78 manata alıb, 1,77 manata satılıb. Bu gün də bankların dollar alışı və satışı üzrə kurslarında elə bir dəyişiklik nəzərə çarpmır. Fins.az xəbər verir ki, valyuta satışı üzrə bankların tələbatının ödənilməsi və qara bazarda satışların düşməsini tənzimləmək üçün bu gün valyuta bazarına müdaxilə ediləcəyi gözlənilir. Hələlik, müdaxilənin həcmi barədə məlumat verilmir, amma bu, bazardakı vəziyyətə müvəqqəti də olsa təsir edəcək qədər olacaq.
Xatırladaq ki, artıq bir neçə həftədir ki, davamlı şəkildə bahalaşan dollar ötən həftə sonu maraqlı vəziyyətlə qarşılaşıb. Müşahidələrə görə, məhz bu amildən xəbərdar olan «qara bazar» həftə sonu qiymətləri aşağı salmalı olub. (fins.az)