Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi ilk sunami dalğasının 90 santimetr olduğunu bildirib.
Yaponiya televiziyası sunami dalğalarının bəzi yerlərdə çayların daşmasına səbəb olduğunu göstərib.
2011-ci ildə baş verən zəlzələnin və sunaminin şahidi olmuş yerli sakin deyib ki, onlar xəbərdarlıqlara ciddi yanaşıb.
«2011-ci ildəki zəlzələ mənin gözümün önündə baş verdi. Onunla müqayisədə bu zəlzələ o qədər də ciddi olmaya bilər, amma mənə elə gəlir ki, biz yenidən eyni səhvlərə yol verə bilmərik,» deyə o bildirib.
Zəlzələ və sunami nəticəsində dəyən xəsarət və zərərin minimal olduğu bildirilir.
Region sakinləri səhər sunami xəbərdarlıq sirenaları səslənəndən sonra yüksəkliklərə qalxmağa başlayıb.
Çərşənbə axşamı baş verən zəlzələ 2011-ci ilin mart ayında həmin regionda 40 metr hündürlüyündə sunamilərə səbəb olan və 20 min insanın ölümü, eləcə də Fukuşima nüvə elektrik stansiyasının dağılması ilə nəticələnən 9.0 bal gücündəki zəlzələdən daha zəif olub.