Vaxt.Az

«Azərbaycana xidmət edəcəm»


 

Ukraynanın Milli Qəhrəmanı Bakıya köçür

«Azərbaycana xidmət edəcəm» Ukraynanın aviasiya nəhəngi «Antonov» konserninin baş konstruktoru Dmitri Kiva Bakıya köçüb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kiva Azərbaycanın aviasiya sənayesinin inkişafı ilə məşğul olacaq.

«Bəli, mən belə bir qərar vermişəm. Anlaqlı olaraq bu qərarı verdim. Ümid edirəm ki, Azərbaycanın maraqlarına xidmət edəcək aviasiya işlərini gerçəkləşdirəcəm».

Xatırladaq ki, 74 yaşlı Kiva An-70 hərbi təyyarəsinin, An-148 və An-150 sərnişin təyyarələrinin baş konstruktorudur. O həmçinin Ukraynanın Milli Qəhrəmanı fəxri adını alıb.

 





22.11.2016    çap et  çap et