Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, danışıq Amerika tərəfinin təşəbbüsü ilə olub.
«İki ölkənin rəsmiləri BMT Təhlükəsizlik Şurasının Suriyada danışıqlara ilkin şərtsiz başlamaq tələbi də daxil olmaqla, münaqişənin nizama salınması yollarının müzakirəsini davam etdirib. Həmçinin Hələbin qanunsuz silahlı qruplaşmaların olduğu şərq hissəsində vəziyyətin normallaşdırılması məsələsi müzakirə edilib», – deyə nazirliyin məlumatında qeyd olunur.
Danışıqlarda eləcə də başqa aktual beynəlxalq məsələlər, o cümlədən Yəməndə, Ukraynada mövcud durum, yaxın Şərqdə vəziyyətin nizama salınması da diqqət mərkəzində olub.