Çərşənbə günü uçuşların ləğvi 100 min sərnişinin səyahət planına təsir göstərəcək.
««Lufthansa» müştərilərini maksimal dərəcədə məlumatlandırmaq və imkan daxilində başqa uçuşlardan istifadə etmək fürsətini vermək üçün səylərini əsirgəmir», - sərnişinlərə üzrxahlığını bildirən şirkətin rəsmi açıqlamasında deyilir.
Çərşənbə günü «Lufthansa» və onun törəmə şirkəti olan «Eurowings»in pilotları Almaniya Mülki Aviasiya İşçilərinin «Cockpit» Həmkarlar İttifaqının çağırışı ilə növbəti tətilə qatılırlar.
Pilotların əsas tələbi maaşların artırılmasıdır.
Tətil gecəyarısı başlayaraq bir sutka davam edəcək.
Həmkarlar ittifaqı son 5 ildə dondurulmuş maaşların hər bir ilinə 3,6 faiz əlavə ödəniş tələb edirlər ki, buda məvaciblərin 20 faiz artması deməkdir.
Bu 2014-cü ildən bəri «Lufthansa» pilotların sayca 14-cü tətilidir.