İsrailin BMT-dəki səfiri Danni Danon noyabrın 22-də BMT Təhlükəsizlik Şurasına məktub yazaraq İranın sərnişin təyyarələrindən istifadə edərək «Hizbullah»a və digər terrorçu qruplaşmalara gizli yollarla silah-sursat çatdırmasından danışıb.Məktubda bildirilir ki, «Sepah» rəsmiləri İranın «Mahan» aviasiya şirkətinə məxsus sərnişin təyyarələri vasitəsilə gizli yollarla terrorçu qruplara silah daşımağı davam etdirir: «Sepah»ın «Qüds» qanadının qüvvələri çamadanlarda silah-sursat və digər və hərbi avadanlıqlar yerləşdirərək, onları sərnişin təyyarələri ilə Beyruta və ya Dəməşqə çatdırırlar. Aydın məsələdir ki, İran İslam Respublikası «Hizbullah» qruplaşmasının silah-sursatını təmin edən əsas ölkədir. Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur».
Xatırladaq ki, Amerika, 1995-ci ildən bu yana Livan «Hizbullah»ını terrorçu qruplaşmalar siyahısına salıb.
çap et