Vaxt.Az

YPG bombalanacaq


 

Türkiyə və Rusiya razılığa gəldi

YPG bombalanacaq İsrailin DEBKA xəbər saytı Türkiyə ilə Rusiyanın Suriyadakı YPG terror təşkilatını havadan bombardman edəcəkləri ilə bağlı məlumat yayıb.

Avropa.info xəbər verir ki, sayt Rusiya ilə Türkiyənin məsələ ilə bağlı razılığa gəldiklərini və planın yanvar ayının ortasında həyata keçiriləcəyini iddia edib.

İsrailin kəşfiyyat orqanı olan Mossada yaxınlığı ilə bilinən DEBKA saytının 14 noyabr tarixli »Obama, Trampın Putin, Ərdoğan və Suriya ilə əlaqəsini vurur» başlıqlı yazısında şok iddialara yer verilib.

Xəbərdə Trampın hal-hazırda Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaxın Şərqdə bir plan qurduğu bildirilir. Obamanın isə Trampın təhlükəsizlik və xarici siyasətdə prioriteti olaraq seçdiyi Suriya böhranını bilərək hədəf aldığı və mövcud siyasəti ilə Trampı çətin vəziyyətdə qoymaq istədiyi iddia olunur.

Saytda yer alan yazının Moskva və Ankaradakı mənbələrdən əldə olunan məlumatlara əsaslandığı bildirilir.

Saytdakı bütün xəbərlərdə Mossad agentləri xəbər mənbələri olaraq qeyd olunur. Bu mənbələrə görə, Trampın dəstəkləyəcəyi, Putinin hava dəstəyi və Türkiyənin quru dəstəyi ilə təşkil ediləcək müştərək bir əməliyyat keçirilərək İŞİD-in paytaxtı Raqqanın ələ keçiriləcəyi məlumatına yer verilir.

İddialara görə, Rusiya və İranın da Hələbin şərqində olan suriyalı üsyançıları dəf etmək üçün hərəkətə keçəcəyi və bütün bu planların Trampın kresloya oturmasından sonra, 2017-ci il yanvar ayının sonlarına yaxın başladılacaq.

DEBKA-nın bu kəşfiyyat məlumatlarına istinad etdiyi xəbəri növbəti dəfə dünyada yeni bir nizamın qurulduğunu və Türkiyə-ABŞ-Rusiya əlaqələrinin yeni bir ölçü qazandığını da üzə çıxarıb.

 





23.11.2016    çap et  çap et