Cənab Trampın prezident olaraq əsas rəqibi olan Ben Karsonnun da hər hansı posta təyin olunacağı gözlənilir.
«Amerikanı yenidən qüdrətli etməyə yardım etməkdə mənim rolumun nədən ibarət olacağı haqda elan gözlənilir», cənab Karson öz «Facebook» səhifəsində yazıb.
Cənab Tramp çərşənbə axşamı tvit atıb ki, o «ciddi olaraq» cənab Karsonu ABŞ Departamentinin Yenidənqurma və Şəhərsalma vəzifəsində görür.
Xanım Holi və DeVosun təyinatlarının Respublikaçılar tərəfindən idarə olunan Senatın təsdiqləməsi lazımdır.
Cənab Tramp xanım Holini «təcrübəli danışıq aparan» insan adlandırıb və «çoxlu anlaşmalar əldə edəcəyinə» ümid etdiyini deyib.
Xanım Holi deyib ki, o təyinatının təsdiq olunmasına qədər gözləyəcək və ona qədər Cənubi Karolina qubernatoru kimi qalacaq.
Respublikaçıların praymerizi dövründə o, Florida senatı Marco Rubio və sonradan isə Texas senatoru Ted Kruzu dəstəkləyib.
Xanım Holi həmçinin cənab Trampın müsəlman immiqrantlarla bağlı fikrini qəti tənqid edərək onu «qeyri-Amerikan» adlandırıb.
Buna cavab olaraq cənab Tramp onu «qeyri-leqal immiqrasiyada çox zəif» adlandırmış və demişdi ki, Cənubi Karolina xalqı ona görə «utanır».
44 yaşlı xanım Holi, Cənubi Karolinanın ilk azsaylı qadın qubernatoru olub.
Xanım DeVos da vəzifəyə təyinatından məmnunluq ifadə edib. O da seçki kampaniyası dövründə cənab Trampın rəqibləri olan Karli Fiorina, Marco Rubio və Ceb Buşni dətəkləyənlərdən olub.
Xanım DeVos da əvvəllər cənab Tramp və digər konservativlər tərəfindən kəskin tənqid edilən Ümumi təhsil baza standartlarını dəstəkləyənlərdən olub.
Buna baxmayaraq cənab Tramp deyib ki, xanım DeVos «əla və həvəsli təhsil carçısı ola bilər».