Vaxt.Az

Ermənilər təlaşda


 

«Azərbaycan ermənilərin yaşadığı Cavaxetiyanı zəbt edir»

Ermənilər təlaşda Ermənilər kütləvi şəkildə Gürcüstanın ermənilər yaşayan ən böyük regionu Cavaxetiyanı tərk edir. Hazırda orada minlərlə tərk edilmiş ev, yüzlərlə boş küçə var. Tərk edilmiş evləri isə daha çox azərbaycanlılar və türklər alır. Artıq regionun bütün iqtisadiyyatı onların əllərində cəmləşib.

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanın «Yerkramas» qəzeti yazır.

Nəşr qeyd edir ki, ermənilər Cavaxetiyanı bir güllə atılmadan əldən veriblər. Əhalinin regiondan köçməsinin səbəbi isə sosial-iqtisadi vəziyyətin çətinləşməsidir. Amma Cavaxetiyadan yeni biznes arteriyası - Türkiyəni Azərbaycanla əlaqələndirən dəmir yolu keçir.

«Keçən onilliklər ərzində bütün ölkə ərazisində, həmçinin Cavaxetiyada gürcü hakimiyyətinin icazəsi ilə türk və azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artmışdı. Hər şey bazar ekspansiyasından başlandı. Ölkə bazarlarına türk məhsullarının axını baş verdi. Amma iqtisadi ekspansiya artıq dünənki hadisədir. Bu gün türklərin ölkəyə sürətli templə yiyələnməsi gürcüləri də narahat edir. Proses nəzarətdən çıxır, Cavaxetiyadakı iqtisadi vəziyyətin çətinləşməsi də buna şərait yaradır. Tərk edilmiş regiona türklər girirlər. Onlar kütləvi şəkildə boş qalan evləri alırlar», - nəşr yazır.

Qəzet qeyd edir ki, bu gün ermənilər Cavaxetiya bazarından ümumiyyətlə çıxıblar. Regionun iqtisadiyyatı türklərin və azərbaycanlıların əlindədir.

«Ermənilərin gənc nəsli məqsədli şəkildə doğma köklərdən qopardılır. Erməni dili və ədəbiyyat dərsləri region məktəblərində yalnız həftədə beş saat keçilir. Hər gün əksər fənlərin gürcü dilində tədris olunduğu məktəblərin sayı artır. Əgər Ermənistanın və Gürcüstanın rəhbərliyi, vaxtında tədbir görməsə, region tezliklə azərbaycanlıların və türklərin əllərində olacaq», - nəşr qeyd edir.

 





24.11.2016    çap et  çap et