Vaxt.Az

Azərbaycan İsrailə yardım üçün təyyarə göndərdi


 

3 şəhərdə vəziyyət gərginləşib

Azərbaycan İsrailə yardım üçün təyyarə göndərdi Azərbaycan İsrailə ölkədə tüğyan edən meşə yanğınları ilə mübarizədə yardım əli uzatdı. Virtualaz.org bildirir ki, bunu İsrail KİV-i yazıb.

Xəbərlərdə deyilir ki, yanğınların söndürülməsinə kömək üçün ən yaxın saatlarda Azərbaycandan təyyarə gələcək. Daha iki təyyarəni Ukrayna göndərib.

Qeyd edək ki, güclü meşə yanğınları bu həftə İsrailin bir neçə rayonunda eyni vaxtda başlayıb. Yanğın hazırda Yerusəlimin yaxınlığındakı Nataf qəsəbəsi ərazisində daha çox tüğyan edir. Təl-Əviv və Yerusəlim arasında yerləşən Latruna ərazisindəki meşələr və kolluqlar da yanır.

Yanğınlara görə şimaldakı Hayfa, Xader və Zixron-Yaakov şəhərlərinin girişlərində gərgin vəziyyət müşahidə olunur. Bir sıra rayonlarda fövqəladə rejim elan olunub və əhali təxliyə edilib. Zixron-Yaakov ərazisində yaşayanlardan isə 25 noyabra qədər öz evlərinə qayıtmamaq xahiş olunub.

 





25.11.2016    çap et  çap et