Vaxt.Az

İki nazirin uçurum boyda fərqi


 

Bu il dövlət hesabına xaricdə təhsil alacaq tələbələrin sayı az qala beş ildəkilərin cəmi qədərdir

İki nazirin uçurum boyda fərqi Hazırda Təhsil Nazirliyində yeni məktəb binalarının tikintisi və ya təmiri işində mövcud vəziyyətin düzgün qiymətləndirilməsi üçün bu sahədə əsas ola bilən tələblər (meyarlar) və onların müəyyənləşdirilməsi qaydaları hazırlanır. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyindən  həmçinin o da bildirilib ki, 2007-2013-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 1825 nəfər azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün göndərilib: “2013-2014-cü tədris ili üçün isə 766 nəfər gənc xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb və bu proses hazırda davam etməkdədir. 550-dən artıq məzun Təhsil Nazirliyində qeydiyyatdan keçib”.
Onların böyük əksəriyyəti Azərbaycanda dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışırlar. Bəziləri isə təhsilini növbəti səviyyə üzrə Dövlət Proqramı çərçivəsində xaricdə davam etdirir.
Təhsil Nazirliyi “Həmin gənclər Azərbaycanda işləməkdən imtina etdikləri halda, dövlətin onlara təhsil almaq üçün çəkdiyi xərcləri geri qaytarıblarmı” sualına da aydınlıq gətirib. Nazirliyin məlumatına görə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbə ilə Təhsil Nazirliyi arasında müqavilə imzalanır və tələbə müqavilə üzrə öz üzərinə öhdəliklər götürür: “Əgər müqavilə öhdəlikləri pozularsa, tələbənin təhsilinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən istifadə olunmuş vəsait geri qaytarılmalıdır. Tələbə məzun olduqdan sonra 2 ay müddətində Nazirliyə müvafiq sənədlərlə birgə hesabat verməlidir”.
 





14.10.2013    çap et  çap et