Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.
Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib.
İstintaqın gedişində məlum olub ki, qeyd edilən kafedə Elvin Nəciyev «Makarov» tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə «Makarov» tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Ürəyindən güllə yarası alan E.Nəciyev Şirvan şəhər Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisə yerində 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətldə istifadə etdiyi «Makarov» tipli tapança 2 gün sonra Şirvan şəhər Xəstəxanasının ərazisində tapılıb.
Hadisədən dərhal sonra iki nəfər şübhəli şəxs qismində tutulub. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu 4 ay və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barəsində isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.