Vaxt.Az
Ukraynada unikal oğurluq
Kiyevdə 338 ədəd kanalizasiya quyusu qapağı aparılıb
2016-cı ilin əvvəlindən Ukraynanın paytaxtı Kiyev şəhərində 338 ədəd kanalizasiya quyusu qapağı oğurlanıb. Virtualaz.org «İnterfaks»a istinadən xəbər verir ki, bu barədə «Kiyevvodokanal» müəssisəsinin hesabatında bildirilib.Mütəxəssislərin fikrincə, kanalizasiya quyularının
qapaqlarını oğurlayanlar onları metal qəbul məntəqələrinə təhvil verib əvəzində
pul alırlar. Bu cür qapaqların qiymətlərinin 40 dollardan 200 dollara qədər dəyişdiyini
nəzərə alsaq, belə oğurluqlar şəhər təsərrüfatına ciddi maddi ziyan vurur.
26.11.2016
çap et