«Türkiyə Avropa Birliyinə girsinmi, girməsinmi? Toplanan 30-40 nəfər qətnaməyə yox deyir. Bütün hamınız desəniz də, vecimizə deyil. Heç vaxt insanlığa qarşı səmimi davranmamısınız. Körpə Aylanı, körpə Ümranı sahildən siz götürməmisiniz. 3 milyon miqrantı yaşadan bizik. Siz verdiyiniz sözləri yerinə yetirmədiniz. Qapıkulədə 50 min miqrant olanda fəryad edirdiniz. Bilin ki, bundan sonra bir az da irəli getsəniz, qapılarımızı açacağıq. Etdiyiniz quru təhdidlərdən nə mən, nə də ki millətim narahatdır» - deyə Ərdoğan deyib.
Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Avropa İttifaqını Türkiyənin quruma üzvlüyü barədə Ankara ilə aparılan müzakirə prosesini müvəqqəti dondurmağa çağıran qərar qəbul edib.