Vaxt.Az

İran ən müasir rus qırıcılarını almaq istəyir


 

Tehran Moskvaya aviabaza verir, amma …

İran ən müasir rus qırıcılarını almaq istəyir İranın müdafiə naziri briqada generalı Hosseyn Dehqan bildirib ki, Rusiya istehsalı olan Su-30 qırıcılarının alınması gündəlikdə duran məsələdir. Modern.az xəbər verir ki, bu barədə İranın «Tasnim» agentliyinə istinadən məlumat verir.

Həmçinin onun sözlərinə görə, İran Rusiya təyyarələrinə Həmədanda yerləşən «Noje» aviabazasından istifadə etmək imkanı verməyə hazırdır, lakin bəzi şərtlər yerinə yetirilməklə.

Qeyd edək ki, avqustun ortalarında Rusiyaya məxsus təyyarələr İranın Həmədanda yerləşən adıçəkilən aviabazasından Suriyadakı İŞİD terror təşkilatının mövqelərini bombalamaq üçün istifadə etmişdi.

Bundan sonra İranın müdafiə naziri belə bir informasiyanı açıq şəkildə yaydığı üçün Rusiyaya narazılığını bildirmişdi.

 





26.11.2016    çap et  çap et