Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur 10-cu parlament seçkiləri zamanı, barəsində böhtan xarakterli məlumat yaydığı üçün şikayətçi olduğu jurnalisti bağışlayıb.Millət vəkilinin məhkəməyə şikayətindən sonra yayılmış yalan xəbərin mənşəyi bəlli olub. Məlumata görə, azərbaycanlı millət vəkilinə qarşı yayılan böhtan xarakterli məlumat «Ayna news» xəbər-təhlil saytının Telegram kanalı, başqa sözlə, jurnalist Hamid Ətayi tərəfindən yayılıb. Məhkəmə prosesi başa çatdıqdan sonra günahı sübuta yetirilən jurnalist 4 ay azadlıqdan məhrum edilib.
Son məlumata görə, noyabrın 26-də Hamid Ətayinin bağışlanmasına çalışan bir neçə jurnalist N.Qazipurun ofisində onunla görüş keçirib, görüş nəticəsində millət vəkilinin jurnalisti bağışladığı və artıq jurnalistin barəsində çıxarılan həbs hökmünün icra olunmayacağı bildirilib.
çap et