Cənubi Koreyada bu geniş miqyaslı nümayişlər 1980-ci ildə baş verən demokratiya nümayişindən bəri ilk dəfədir müşahidə olunur. Koreya məhkəməsi Seulda nümayişlərin prezident sarayından 200 metr aralıda keçirilməsinə icazə verib. Nümayişlərin səbəbi prezident Parkın yaxın dostu Çoi Sun Linin korrupsiya ilə məşğul olmasıdır. Prezident Park media qarşısında dostunun etdiyi qanunsuz hərəkətinə görə xalqdan iki dəfə üzr istəyib. Korrupsiya skandalından sonra prezident Parkın xalq arasında inamını itirməmək üçün üzr istəsə də, onun reytinqi 5 faiz aşağı düşüb. Prezident Park çıxışlarında korrupsiya ilə bağlı aparılan istintaqla yaxın əməkdaşlıq edəcəyini söz verib. Çoi Sun Li bir sıra Cənubi Koreya şirkətlərindən zorla küllü miqdarda pul almasında və prezidentin adında sui-istifadə edərək qanunsuz ianələr əldə etməsində günahlandırılır.
Həmçinin Cənubi Koreyada nəhəng ferma qruplarından biri Koreya Kəndliləri Birliyinin üzvlərinin də qatılacağı gözlənilir. Koreya Ferma Birliyinin üzvləri prezident Park iqtisadi problemlər yaratmaqda günahlandırırlar. Ferma Birliyinin üzvləri yük maşınları və traktorlar ilə nümayişlərə qatılmağa cəhd göstərsə də, onların bu cəhdinin polis tərəfindən qarşısı alınıb.