Vaxt.Az

«Mövqeyimi dəyişməmişəm»


 

Fidel Kastronun ABŞ-da yaşayan bacısı qardaşının dəfninə getməyəcək

«Mövqeyimi dəyişməmişəm» Kubanın inqilabçı lideri Fidel Kastronun ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayan kiçik bacısı Xuanita Kastro qardaşının dəfn mərasimində iştirak etməyəcək.

«Report» xəbər verir ki, bu barədə o, Mayamidə dərc olunan ispandilli «El Nuevo Herald» qəzetinə bildirib.

«Kubaya dəfn mərasiminə gedəcəyimlə bağlı yanlış şayiələrlə bağlı demək istəyirəm ki, mən heç vaxt adaya qayıtmamışam və bunu etməyi də planlaşdırmıram. Düz 51 əvvəl mən öz ölkələrinin azadlığı üçün mübarizə apara biləcəkləri yerin axtarışına çıxan bütün kubalılar kimi Mayamiyə mühacirətə yollandım. Mən hələ də, öz mövqeyimi dəyişməmişəm, baxmayaraq ki, bu mənə baha başa gəlib», — deyə o bildirib.

Eyni zamanda qadın etiraf edib ki, ideoloji fikir ayrılığına baxmayaraq o, qardaşının ölüm xəbərini kədərlə qarşılayıb.

 





27.11.2016    çap et  çap et