İran öz büdcəsini balanslaşdırmaq və büdcə kəsirinin qarşısını almaq üçün neftin 1 barelinin 55,30 dollara olmasına ehtiyac var. İraq üçün bu ehtiyac 58,30 dollar, Ekvador üçün 104,69 dollar, Anqola üçün 66,06 dollar, Əlcəzair üçün 90,60 dollar, Liviya üçün 216,50 dollar, Nigeriya üçün 85,40 dollar, Qətər üçün 62,10 dollar, Səudiyyə Ərəbistanı üçün 79,70 dollar, Birləşmiş Ərəb Əmirlikləri üçün 58,60 dollar, Venesuela üçün 117,50 dollar və Rusiya üçün 69 dollar səviyyəsində müəyyən olunub.
«Bloomberg»in analitiklərinin fikrincə, neftin qiyməti büdcə balanslaşdırılması ilə yanaşı, həmin ölkələrdə investisiya potensialı, inflyasiya səviyyəsi və v. təsir edəcək.