Putin ötən həftə məmurları akademiyaya üzvlükdən çəkinməyə, üzv olanları isə elmlə məşğul olmağa çağırmışdı.
Nəticədə prezidentin işlər idarəsinin rəis müavini- baş tibbi idarəsinin rəisi Konstantin Kotenko, Federal Təhlükəsizlik Xidmətinin qeydiyyat və arxivlər fondu idarəsinin rəisi general-leytenent Vasili Xristoforov, Müdafiə Nazirliyi baş tibb idarəsinin rəisi Aleksandr Fisun və daxili işlər nazirinin müavini -istintaq departamentinin rəisi Aleksandr Savenkov işdən kənarlaşdırılıblar.
Prezidentin sözçüsü Dimitri Peskov onların akademiyaya üzv seçildiklərinə görə işdən çıxarılmasını təsdiqləyib.
Oktyabrın sonunda Elmlər Akademiyasına keçirilən seçkidə 29 dövlət qulluqçusu mübarizə aparıb. Akademiyanın nizamnaməsinə görə, üzvlük ömürlük olduğundan məmurlar ondan imtina edə bilmirlər.