Vaxt.Az

Cəmi 13 nəfər sağ qalıb


 

Braziliyalı futbolçuları aparan təyyarə qəzaya uğradı

Cəmi 13 nəfər sağ qalıb Göyərtəsində Braziliyanın «Şapekoense» futbol klubunun üzvləri olan təyyarənin Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğramasından ən azı on nəfər sağ qalıb.

TASS xəbər verir ki, bu barədə Kolumbiyanın xəbər portalı mioriente.com məlumat yayıb.

«Təyyarənin göyərtəsində olan ən azı on nəfərə yardım göstərilir. Qəza yerində sağ qalanların axtarışı davam edir», - qəza yerində işləyən yanğınsöndürənlər bölüyünün komandiri qeyd edib.

 

***

 

10:26

Kolumbiyada göyərtəsində 81 adam (72 sərnişin, 9 ekipaj üzvü) olan təyyarə qəzaya uğrayıb.

Virtualaz.org xarici KİV-nə istinadən bildirir ki, təyyarə Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində Braziliyanın «Şapekoense» futbol klubunun üzvləri olub. Onlar Cənubi Amerika Kubokunun oyununda iştirak etmək üçün Medelin şəhərinə gedirmişlər. İlkin məlumatlara görə, qəza nəticəsində təyyarədəkilərin hamısı ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 





29.11.2016    çap et  çap et