Modern.az saytının verdiyi xəbərə görə, bu haqda nüfuzlu «The Washington Post» qəzeti yazıb.
Nəşr qeyd edib ki, rəsmi Moskva ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyası ilə razılaşma əldə edəcəyini düşünürək, vaxtı uzatmağa çalışır.
Amerika diplomatiyasının başçısı Con Kerri isə Trampın prezident səlahiyyətlərini icra etməsinə başlamasına qədər Hələbi mühasirəsədən azad etməyi qarşısına məqsəd qoyub.
Qəzetin yazdığına görə, Obama administrasiyası Donald Trampın Bəşər Əsəd məsələsində Rusiya ilə razılaşma əldə edəcəyindən ehtiyat edir.
Kerrinin səyləri bundan ibarətdir ki, «Ən-Nusra Cəbhəsi» Hələbin şərqindən çıxarılsın və Rusiyanın buranı bombalaması dayandırılsın.
«The Washington Post»a 4 anonim mənbə bildirib ki, Kerrinin təşəbbüslərinin reallaşması şansı azdır. Bununla belə onlar bildiriblər ki, Amerika diplomatları təslim olmaq istəmirlər.