Xəbərdə deyilir ki, nazirliyin dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü, eləcə də «Avropa İİV-ə testləşmə həftəsi» ilə bağlı aksiyalar keçirilir. Park bulvar, Metropark Ticarət mərkəzində, Bakı Texniki Kolleci, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, ATU-nun Tədris Terapevtik Klinikası, Şəki Tibb Kolleci və regionların ictimai, mədəni-maarif ocaqlarında könüllülər müayinə olunub.
Bu aksiyalar zamanı könüllülərə pulsuz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmadığını) müəyyən etmək imkanı yaradılıb.
Xatırladırıq ki, «Avropa İİV-ə testləşmə həftəsi-2016» Ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilatlar iştirak edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi «1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü» ilə əlaqədar dekabrın 1-dən 10-dək müəssisə və təşkilatlarda İİV/QİÇS-lə bağlı müayinə aparacaq.