«Hava limanına dəmiryolunun çəkilməsini ya investisiya hesabına emtəliyik, ya da biz pul qazanıb çəkməliyik. Bu, maliyyə vəziyyətinə görə hələ qalıb».
O bildirib ki, hava limanına çəkiləcək yeni dəmir yolu Bakının Binə qəsəbəsindəki dəmir yol hissəsindən götürüləcək:
«AZAL-la artıq ilkin razılaşdırmalar aparmışıq. Əslində hava limanına 2,5 kilometr yol çəkilməlidir. Bakıdan Binəyə qədər bizim dəmir yolumuz var. Binədəki dəmir yolundan hava limanına doğru bir xətt ayrılacaq. Bütün dünyada bu, qəbul olunan normadır. İnşallah gələcəkdə pul qazanarıq və daha yaxşı dəmir yolları çəkərik. Dəmir yollarını söküb satanları tanıyırsınızsa, onu mənə də deyin, verək prokurorluğa tutduraq».
Qurum rəsmisi dəmir yollarında tətbiq olunacaq ASAN Xidmət sistemindən də danışıb: «Dəmir yollarında ASAN Xidmət sistemi yaradılır».