Vaxt.Az

Rəsul Quliyev Milli Şuradan əl çəkmir


 

Sabiq spiker yenə müxalifətə qəzəblənib

Rəsul Quliyev Milli Şuradan əl çəkmir Neçə illərdir ABŞ-da mühacir həyatı yaşayan və bu illərdə Azərbaycanın siyasi mühiti ilə necə deyərlər, “şüşə arxasından öpüşürmüş” kimi uzaqdan-uzağa, qiyabi şəkildə təmas quran sabiq spiker Rəsul Quliyev müxalifətə yenə qəzəblənib.
Sabiq spiker, sabiq YAP-çı, sabiq ADP-çi, nəhayət, təzəlikcə də sabiq ACP-çi olan indiki mühacir bu hiddətini öz facebook hesabında ifadə edib. Virtualaz.org çox uzaqlardan baxdığı döyüşü həddən artıq asan sayan “qiyabi-selektor siyasətçi”nin həmin fikirlərini olduğu kimi təqdim edir: “Mənim üçün maraqlıdır, Milli Şura hansı iclasında və kimlərin iştirakı ilə 20 oktyabrda mitinq keçirilməsi haqqında qərar qəbul edib. Məktub niyə birbaşa aparılıb icra hakimiyyətinə təqdim edilməyib, Binəqədi poçtu ilə göndərilib? Sonra Milli Şura hansı iclasında mitinqin 27 oktyabrda keçirilməsi qərarını qəbul edib? Kimlərin iştirakı ilə?
Niyə yazıram, çünki bu iclasların heç biri olmayıb. Bu qərarlar saxta qərarlardır. Seçkilərdən ötmüş bir həftə ərzində bu qədər saxtakarlıqlar etmiş adamlar yəqin ən ucadan “seçkilər saxtalaşdırıldı” bağıranlardır. Görəsən, bu insanlar oğrunun oğruya oğru deməsinin qəbahət olduğunu anlayırlar? Yəqin ki, yox. Azərbaycanlıların fəlakətli vəziyyətinin səbəblərini bəlkə bu keyfiyyətlərdə axtarmaq lazımdır?”
 





19.10.2013    çap et  çap et