İRİB-nin verdiyi məlumata görə Yəmənin mühasirədə saxlanıldığına görə bu ölkənin xəstəxanaları dərman və tibbi təchizat çatışmazlığı ilə üz-üzədir və bunun nəticəsində Yəməndə yoluxucu xəstəliiklər geniş yayılmaqdadır.
İçməli suyun çatışmaması, səhiyyə-mülicə mərkəzlərinin Səudiyyə Ərəbistanı tərəfindən bombalanması nəticəsində səhiyyə durumunun acınacaqlı olması, eləcə də Yəmənə yardımlara imkan verilməməsi yəmənliləri yoluxucu xəstəliklərə, o cümlədən də vərəmə yoluxmaları ehtimalını maksimuma qaldırıb.
UNICEF-in Uşaq Fondunun nümayəndəsi Julin Arnis son vaxtlar Yəməndə 3 milyon insanın ərzaq yardımlarına ehtiyaclı olduğunu bildirib. O deyib ki, Yəməndə bir milyon yarım uşaq aclıqdan əziyyət çəkir.