Vaxt.Az

«Aİ səhfəsini hələ ki, çevirməmişik»


 

Ərdoğan: «Türkiyənin qarşısında həmişə alternativlər var»

«Aİ səhfəsini hələ ki, çevirməmişik» Türkiyə prezidenti Avaropa İttifaqına (Aİ) qoşulmaqla bağlı niyyətindən dönmədiyini desə də, ölkəsinin bır çox alternativlərə malik olduğunu bildirib. «Aİ səhfəsini hələ ki çevirməmişik», Rəcəb Tayyib Ərdoğan deyib.

«Türkiyənin qarşısında həmişə çox sayda alternativlər var və bunların hər hansı birini qiymətləndirməklə biz yolumuza davam edirik».

Cənab Ərdoğanın bəyanatı Avropa Parlamentinin Türkiyə ilə Aİ arasında üzvlük müzakirələrini dondurmaq barədə qərarın ardınca səslənir.

Türkiyə lideri bəhs etdiyi alternativlərin təfərrüatlarına varmayıb.

Lakin bu yaxınlarda o, ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatında mümkün üzvlüyü barədə bəyanat vermişdi.

 





29.11.2016    çap et  çap et