Vaxt.Az
İqtisadi portal yaradılır
Yeni layihə Azərbaycanda yerli məhsul və istehsalçılar haqqında olacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyətləri artırılıb. Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş «İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi»ndə dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.Sənədə əsasən, Mərkəz Azərbaycan Respublikasında istehsal
olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən
azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən
internet portalının fəaliyyətini, malların istehsalçıları tərəfindən məlumatların
həmin portalda yerləşdirilməsi üçün təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsini
və portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin
edir.
29.11.2016 çap et