Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti bildirir ki, bununla əlaqədar olaraq İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.
FHN-in təyyarəsi İsraildə 8 məntəqədə yanğını söndürüb Həmçinin yanğınların söndürülməsində göstərdikləri şücaətə görə Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin «BE-200ÇS» amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.