Trend-in məlumatına görə, Azərbaycanı müsabiqədə təmsil edən Fərid Məmmədov 234 xalla 2-ci olub. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirib.
Qeyd edək ki, Azərbaycana yüksək xallar bu ölkələrdən gəlib: İsrail (12), Avstriya (12), Macarıstan (12), Bolqarıstan (12), Rusiya (12), Malta (12), Yunanıstan (12), Gürcüstan (12), Monteneqro (12), Litva (12), Rumıniya (10), Belarus (10) və Ukrayna (10).
Moldova, Fransa və Kiprdən Azərbaycana 8 bal verilib.
Azərbaycan isə 8 balı Maltaya, 10 balı Gürcüstana, 12 balı Ukraynaya verib.
Müsabiqədə 3-cü yeri 214 xal toplayan Ukrayna təmsilçisi Zlata Oqneviç tutub.
Final mərhələsində 58-ci “Eurovision” mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkə təmsilçisi yarışıb.
Qalibi 39 ölkənin münsiflər heyəti və tamaşaçıları müəyyən edib.