«Siz azərbaycanlılar ilk dəfə keçmiş
hakimiyyətə etiraz etdiniz və düzgün seçiminizi etdiniz. Bunun üçün mən sizə
bir daha təşəkkürümü bildirirəm. Hakimiyyətə elə adam seçin ki, o, sizin
maraqlarınıza xidmət etsin, sizin arzularınızı həyata keçirsin. Həmişə etibar
etdiyiniz adamı və sizə işləyən adamı seçin. Gürcüstan tarixində belə seçki ilk
dəfə baş verəcək. Belə bir insan bu gün sizinlə görüşə gələn Gürcüstan
prezidentliyinə namizəd Giorgi Marqvelaşvilidir. O, sizin gələcəyiniz üçün
çalışacaq», - deyə Bidzina İvanişvili bildirib.
Sonra tədbirdə Gürcüstan
prezidentliyinə namizəd Giorgi Marqvelaşvili çıxış edib. O, çıxışında seçkilərə
bir neçə gün qaldığını və seçklilərdə qalib gələcəklərini bildirib: “Biz
sizinlə birlikdə Avropa ölkəsi tikəcəyik. Burada hər bir adam iqtisadi və
hüquqi cəhətdən müdafiə olunacaq. Biz bu dövləti sizinlə birlikdə quracağıq” -
deyə, Marqvelaşvili bildirib.