Vaxt.Az

Qarabağda döyüşlər başladı


 

Bir erməni əsgəri öldürüldü, doqquzu yaralandı

Qarabağda döyüşlər başladı Xankəndi hərbi hospitalından verilən məlumatda ağır yaralanmış erməni hərbi qulluqçularının ikisinin adı açıqlanıb.

Bunlar 1984-cü il təvəllüdlü Poqosyan Qaqik Valeryanoviç və 1993-cü il təvəllüdlü Badalyan Kadjik Zaxvroviçdir.

İnformasiyaya əsasən, Poqosyan artıq vertolyotla İrəvan hospitalına göndərilib.


***


20:28

İşğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) bu dəqiqələrdə döyüşlər gedir.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Onu da qeyd edək ki, erməni KİV-i Qarabağdakı bu hərbi qarşıdurma barədə hələ heç bir məlumat yaymayıb.

 





01.12.2016    çap et  çap et