Modern.az-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün «Facebook» səhifəsində Azərbaycanla təmas xəttində atışmanın ara-sıra davam etdiyini bildirsə də, situasiyanın təhlükəli olmadığını vurğulayıb.
«Hazırda əməliyyat və taktiki vəziyyət sabitdir», - deyə o bildirib. Artsrun Ovannisyan qeyd edib ki, Qarabağdakı işğalçı ordu vəziyyəti nəzarət altında saxlayır. O, medianı dezinformasiya və yoxlanılmayan məlumat yaymaqdan çəkinməyə çağırıb.