Azərbaycan Müdafiə Nazirliyi düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.Nazirliyin mətbuat xidmətindən bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarını qarşısı qətiyyətlə alınır: «Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir».
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi noyabrın 30-da cəbhədə baş verən atışmada üç hərbçisinin yaralandığı barədə məlumat yayıb.
çap et