Vaxt.Az

Ermənistanda dövlət qulluqçuları ixtisar olunur


 

Güc strukturlarının əməkdaşlarından başqa...

Ermənistanda dövlət qulluqçuları ixtisar olunur Ermənistanın bütün nazirliklərində azı 20 faiz kadr ixtisarına hazırlıq işləri görülür. «Yamanak» qəzeti xəbər verir ki, bunu Ermənistan baş naziri Karen Karapetyan bildirib.

İnformasiyaya əsasən, ekologiya naziri Artsavik Minasyan deyib ki, başçılıq etdiyi nazirlikdə ixtisar edilən kadrların sayı 22 faizə çatacaq.

Məlumata görə, ixtisarlar Müdafiə Nazirliyi, polis idarəsi və Milli Təhlükəsizlik Xidmətinə təsir etməyəcək.

Mütəxəssislərin fikrincə, bu, Ermənistanda hərbi-polis rejiminin yaranacağı deməkdir.

 





02.12.2016    çap et  çap et