Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, abidə qanunsuz olaraq ucaldılıb və hər bir qanunsuz tikili kimi sökülməlidir. Səfir sökmə işlərinin nə vaxt başlayacağı və tamamlanacağı barədə hələlik məlumatın olmadığını söyləyib.
Xatırladaq ki, bir neçə gün əvvəl «Sözcü» qəzeti Nazimiyedə bu ilin aprel ayında ucaldılmış qondarma «erməni soyqırımı» abidəsinin üzərində ASALA terror təşkilatı üzvlərinin, o cümlədən Monte Melkonyanın və PKK terrorçularının adlarının əks olunduğu barədə məlumat yayıb.