Vaxt.Az

Şeyx Rusiyaya gedir


 

«Rusiyada İslam və dövlət» mövzusunda keçiriləcək konfransda iştirak üçün

Şeyx Rusiyaya gedir Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyasının Ufa şəhərinə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər 22 oktyabrda Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufada «Rusiyada İslam və dövlət» mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçirilir.
Konfrans Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirləri çərçivəsində keçirilir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək, səfər çərçivəsində Rusiyanın qədim dini mərkəzinin ildönümü tədbirlərində iştirak edəcək.
Ufada bir sıra görüşlər keçirəcək QMİ sədri, həmçinin, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın Baş Müftisi Talqat Tacuddini anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcək.
 





20.10.2013    çap et  çap et