Vaxt.Az

«Serjikə ölüm!»


 

İrəvan məktəblərində Sərkisyan əleyhinə şüarlar

«Serjikə ölüm!» Bir gün əvvəl Yerevan məktəblərindən birində qalmaqal olub. Belə ki, məktəb direktoru şagirdlərdən yayda Yerevanda polisin binasını tutan «Sasna srer» silahlı qruplaşmasının iştirakçılarını qəhrəman kimi qələmə verməməyi tələb edib.

Məktəb direktoru həmçinin tələb edib ki, bu qrupun iştirakçılarını terrorçu adlandırsınlar. Amma məlum olub ki, ertəsi gün səhər tezdən elə həmin məktəbdəki bütün siniflərin yazı lövhələrində bu şüar yazılıb: «Serjikə ölüm!».

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın yazdığına görə, bu onu göstərir ki, erməni cəmiyyəti artıq ölkə hakimiyyətinin təbliğatına inanmır və üsyançı qruplaşmanın üzvlərini müdafiə edir. Erməni gənclərinin gözlərində isə onlar ümumiyyətlə qəhrəman olublar.

 





03.12.2016    çap et  çap et