NTV -yə istinadən Rusiya prezidenti xatırladıb ki, Tramp, «kommersant və iş adamı olub» və əgər o bu gün biznesdə uğur qazanıbsa, bu o deməkdir ki, Tramp ağıllı adamdır.
«Və əgər ağıllı adamdırsa, bu da o deməkdir ki, Tramp bütünlüklə və kifayət qədər məsuliyyətini tez dərk edir. Biz bundan nəticə çıxararaq gözləyirik ki, o da məhz bu mövqedən çıxış edəcək», – deyə Putin əlavə edib. Müsahibə zamanı Putin Yaxın Şərqlə bağlı mövzuya da toxunub. Onun sözlərinə görə, «ərəb baharı»nın nəticələri barədə Yevqeniy Primakov da əvvəlcədən xəbərdarlıq etmişdi.
«Bəlkə də vaxtında onu dinləsəydik, hadisələrin bu cür inkişafı da baş verməzdi. Amma gərək birbaşa deyək, hadisələrin inkişafına praktiki olaraq birbaşa müdaxilə etməyimiz üçün bizim o zamankı imkanlarımız da məhdud idi», – deyə Putin mövqeyini açıqlayıb.